"Space" TV-yə yeni rəhbər təyin olundu

“Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Metbuat.az Dominant.az-a istiandən xəbər verir ki, sözügedən vəzifəyə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov gətirilib. O, bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov 2011-ci ildən 2019-cu ilədək “Azərbaycanfilm" kinostudiyasının direktoru olub. 2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb. May ayının 5-də isə "Space" teleradio şirkətinə Ülviyyə Mikayılova təyinat alsa da, beş gün sonra o, tutduğu vəzifədən istefa verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR