Masallıda avtomobillə motosiklet toqquşub,

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az “Report”a istiandən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, Xırmandalı kənd sakini, 1958-ci il təvəllüdlü Hüseyn Əli oğlu Səfərovun idarə etdiyi motosiklet eyni yolda hərəkətdə olan "VAZ-2107" markalı avtomobillə toqquşub. Motosikletin sürücüsü ağır kəllə-beyin travması alıb. "VAZ-2107"nin sürücüsü Lənkəran Rayon Mərkəzi Xəstəxansına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, H.Səfərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR