Zelenski etiraf etdi: Hər şey Rusiyanın əlindədir

“Donbasda böhranın həll edilməsi Rusiyadan asılıdır”.

Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Kiyev Donbasın “dondurulmuş münaqişə” olmaması üçün əlindən gələni edir. Zelenskinin sözlərinə görə, Ukrayna, Almaniya və Fransadan daha çox dəstək gözləyir.

“Son zamanlar alman və fransız həmkarlarım Rusiyaya təzyiqi azaldıb. Donbas böhranının həlli 99 faiz Rusiyanın əlindədir” - deyə Zelenski bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR