Velosipedçi yol qəzasında ölüb

Masallıda velosiped sürücüsü yol qəzasında ölüb.

Daxilin İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 21-də saat 11 radələrində Masallı rayonunun Təklə kəndi ərazisində rayon sakini Hüseyn Qafarovun idarə etdiyi motosikletlə Cəlilabad rayon sakini Ə.Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Qafarov ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR