Ərdoğanın Şuşa səfəri niyə gecikir? -

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın Azərbaycana xüsusən də Şuşaya gələcəyi məlumatarı yayılsa da, hələ də bu səfər baş tutmayıb. Cəmiyyətdə belə bir fikir yayılır ki, bu səfərin gecikməsi Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya səfəri ilə bağlıdır.

Bu barədə Metbuat.az-a müsahibə verən politoloq Samir Hümbətov bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və həmçinin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Şuşaya səfərlərində hər hansısa siyasi problem yoxdur.

Bəs Ərdoğanın Şuşaya gəlişi ilə hansı siyasi hadisə və proseslərin başlanmasına təkan ola bilər?


“Bildiyimiz kimi daha öncədən verilən məlumatlara baxsaq burada bir neçə obyektin açılışının olması gözlənilir. Bunların arasında MHP-nin tikdirdiyi məktəb binası, Türkiyənin Şuşada açmaq istədiyi konsulluq binası və s. Amma demək olmaz ki, yalnız bu məsələlərlə bağlı yubanma var. Təbii ki, tərəflər arasında hansısa ikitəfli, xüsusilə də hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı sənədlərin imzalanması gözləniləndir”.

Rusiya XİN başçısı Sergey Lavrovun regiona səfərinin Türkiyə prezidentinin Şuşaya səfərinə hər hansısa təsirinin olmadığını deyən politoloq qeyd etdi ki, cəmiyyətdə yayılan bu kimi fikirlər inandırıcı deyil.

“Ona görə ki, Lavrovun səfəri münaqişənin nizamlanması məqsədi ilə reallaşdırılıbsa, Rəcəb Tayyib Ərdoğanın səfəri ikitərəfli münasibətlərlə bağlıdır. Yəni bu məsələlər tamam fərqli anlayışlardır. Onu da qeyd etmək lazımdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri tarixə ilk dəfə Türkiyə dövlət başçısının səfəri kimi düşəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR