Boris Conson evlənir

Böyük Britaniyanın Baş naziri Boris Conson gələn il iyulun ayının 30-da evlənəcək.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. İddialara görə, hökumət başçısı artıq indidən dəvətnamələr göndərib.

Qeyd edək ki, Conson 2019-cu ildə Karri Simondsla nişanlanıb. Onların toyu pandemiyaya görə təxirə düşmüşdü. Hökumət başçısının əvvəlki həyat yoldaşından 4, nişanlısından isə bir uşağı var.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR