Sakinlər arasında narazılıq: Millət vəkilini kənddən qovdular -

81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında insident yaşanıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrlar sosial şəbəkələrdə yayımlanıb.

Məlumatlara əsasən, hadisə Beyləqanın Kəbirli kəndində baş verib. Seçicilər deputata iradlar bildirir və onlarla görüşməməkdə təqsirləndirirlər.

Bəzi mətbuat orqanları isə yazır ki, Ş.İsmayılov həmin kənddən qovulub.

***

“Deputat Şahin İsmayılovun Beyləqanın Kəbirli kəndindən seçicilər tərəfindən qovulmasından söhbət gedə bilməz”.

Bu fikirlər Ş.İsmayılovun ofisindən bildirilib. Qeyd edilib ki, baş verən hadisə təxribat xarakterli olub.

Bildirilib ki, buna baxmayaraq, planlaşdırılan tədbir baş tutub. Sözügedən görüntüləri təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR