Yarış zamanı DƏHŞƏT YAŞANDI: 21 idmançı öldü -

Çində təşkil olunan marafon yarışı zamanı havanın qəfil dəyişməsi nəticəsində hipotermiya yaşayan 151 idmançını vəziyyəti normallaşıb.

Metbuat.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən idmançıların həyatı üçün təhlükə yoxdur. Məlumata görə, günəşli havada başlayan yarış zamanı hava qəfil dəyişib. 172 idmançının iştirak etdiyi 100 kilometrlik marafonun sonlarına yaxın hava qəfil soyuyub. İdmançılar qalın geyinmədiyinə görə, hipotermiya yaşayıblar. Yarış dərhal dayandırılıb.

1200 nəfərdən ibarət xilasedici dərhal hərəkətə keçərək, idmançıların axtarışlarına başlayıb. Onların səylərinə baxmayaraq 21 hipotermiyadan həyatını itirib.

Anar Türkeş / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR