Qapısı bağlı qalan ƏMLAK BAZARI -

Növbəti illərdə, xüsusən də, yeni tikilən binalarda qiymətlərin artımı gözlənilir. Baxmayaraq ki, keçən illərdə tikilən çoxmənzilli yaşayış binalarının sayı nisbətə az oldu amma qarşıdan gələn illərdə tikintilərin sayı daha çox olacaqdır”.

Bu açıqlamanı Metbuat.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. Onun sözlərinə görə, xüsusilə Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sayı həddindən artıq olduğuna üçün, bu binaların yaxın zamanda söküləcəyi və yerində yeni tikili binaların tikiləcəyi gözlənilir.

Bəs hazırda kirayə bazarında necə bir ab-hava hökm sürür?

“Hazırda bir qədər durğunluq olsa da, növbəti illərdə də, kirayə bazarında qiymət artımı müşahidə olunacaq.Tikinti üçün yararlı torpaq sahələri demək olar ki yoxdur. Boş yararlı torpaqların da qiymətləri bahadır. Bunda əlavə, tikinti normativlərində baş vermiş dəyişikliklər, həmçinin tikinti üçün lazım olan materialların qiymətində olan bahalaşma onu deməyə əsas verir ki, qarşıdakı illərdə tikilən mənzillərin satış qiymətində minimum 20-30 faiz artıma səbəb olacaqdır”.

Ekspert deyir ki, hər il iyulun ortasında qiymət artımı ilə bağlı səngimə olur. Amma bu vəziyyət sentyabrın ayının əvvəlində dəyişilir. Belə ki, payız aylarında kiçik həcmli bina evlərinə tələbat artır:


“Adətən 1-2 otaqlı evləri alıb kirayə verirlər. Həyət evlərinin qiymət artımı iyul ayının 15-nə qədər davam edəcək. Səbəb də odur ki, yay aylarında həyət evlərini daha çox alırlar. Amma yaydan fərqli olaraq, qış aylarında həyət evlərinə tələbat 70 faiz dayanır. Bu ancaq Bakı şəhərində deyil, respublikanın digər bölgələrində də belədir. Təbii ki, əmlak alqı-satqısı zamanı bölgənin turistik olması faktı da alıcılar üçün önəmli ola bilər. Adətən şimal bölgələrinə, Quba, Xaçmaz, Nabran, Qusar zonasına üstünlik verirlər. Məsələ ondadır ki, bölgənin yol infrastrukturunun normal, təmirli olması və həm də təbiətinin gözəlliyi həmin ərazilərdə Bakı ilə paralel olaraq qiymətlərin artımında özünü biruzə verir”.

Elnur Fərzəliyev qeyd etdi ki, daşınmaz əmlak bazarında, böyük ölçülü mənzillərin və bahalı villaların da satışında sükut var. Buna böyük səbəb pandemiya dövründə baş verən iqtisadi durğunluq oldu.

Facade Exterior Villa Baki Azerbaijan | House styles, Mansions, Villa

“Qeyd edim ki, xarici ölkələr ilə Azərbaycan arasında sərhədlərin bağlı olması, bütün ölkələrdə işçi saylarının minimum həddə endirilməsi, tələb və təklifin üst-üstə düşməməsi əmlak bazarında olan vəziyyətə təsirsiz ötüşmədi.

Bu baş verənlərə bir qədər gömrük rüsumlarımızın yüksək olması faktı da daxildir. Əslində səbəb çoxdu. Amma ilk görsənən mənzərə budur”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR