Səhranın ortasındakı möcüzə:

Uzunluğu 336 kilometr olan Nəcəf dənizində, suyun səviyyəsi uzun illər davam edən quraqlıqdan sonra son illərdə yağan yağışlar səbəbindən artdı. Bununla da bu yer Nəcəfdən və ətraf bölgələrdən olanların, ziyarət edib vaxt keçirdiyi yerlərdən birinə çevrildi.

Metbuat.az Nəcəf dənizi barədə maraqlı məlumatları oxucularının diqqətinə çatdırır:

Çölün ortasında yerləşən Nəcəf dənizində müxtəlif quş və balıq növlərinə rast gəlinir. Buradakı balıqçılar hər gün balıq ovlamaq üçün torlarını qurub günəşin batmasını gözləyirlər.

Təxminən 1,5 milyon əhalisi olan Nəcəf şəhərinin sahilində dənizə gedən yollarda xurma ağacları olan meşəlik ərazilər diqqət çəkir. Nəcəf dənizinin bəzi hissələri bataqlıqlara bənzəyir.

Nəcəf dənizinin temperaturu səbəbindən günəşin batmasına bir neçə saat qalmış insanlarla dolur. Uşaqlar oyuncaqları ilə su sahilində əylənərkən, böyüklər telefonları ilə dənizdə gəzən qağayıların fotolarını çəkməyə çalışırlar.

Dəniz ətrafında heç bir turizm obyekti yoxdur. Ətraf mühitdən gələn motorlu nəqliyyat vasitələrinin səsləri dəniz kənarındakı insanların zümzüməsi ilə birləşdirilir. Dəniz kənarında yol boyu atılan zibillər buranın çirklənməsini və baxımsızlığını ortaya qoyur. Burada səhra iqliminə davamlı 30-dan çox bitkinin olduğu bildirilir.


Quraqlıq dövründə Nəcəf dənizindən bol duz çıxarılır. Nəcəfdəki evlərdə axan suyun duzlu olduğu hamıya məlumdur.

Ölkədəki təhlükəsizlik vəziyyəti sabitləşərsə və suyun səviyyəsi aşağı düşməzsə, bu dənizin ölkə üçün vacib turizm mərkəzlərindən birinə çevrilə biləcəyi təxmin edilir.

Nəcəfli balıqçı Əli Muheysin deyir ki, "İllərdir burada balıq tuturam. Yeganə qazanc mənbəyimiz balıqçılıqdır. Buraya gəlirik və hər gün eyni işi edirik. Ümid edirik ki, dənizdəki su səviyyəsi balığın çeşidinin artması üçün yetərli olacaqdır. Biz qorxuruq ki, dəniz yenidən quraqlıqla üzləşsin" -Əli Muheysin belə deyib.

Məlumat üçün bildirək ki, Nəcəf dənizi İraqın cənub şəhərlərindən biri olan Nəcəfin geniş səhra bölgəsində yerləşir. İllərdir baxımsız qalmasına baxmayaraq, son vaxtlar yerli əhalinin diqqətini çəkməyə başlayıb.

Tərcümə:Gülbəniz Hüseynli



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR