Vəziyyət çox təhlükəlidir - Dünyaya koronavirusla bağlı xəbərdarlıq edildi

“Dünyada koronavirusla bağlı vəziyyət hələ də çox təhlükəlidir”.

Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə təşkilatının Baş direktoru Tedros Adanom Qebreisus belə deyib. O bildirib ki, bu il ötən illə müqayisədə daha çox koronavirusa yoluxma qeydə alınıb. Adanom ölüm sayının da ötən illə müqayisədə çox olacağını ifadə edib.

Baş direktor ilin sonuna qədər bütün ölkələri peyvənd prosesini intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, ilin sonuna qədər hər ölkədə əhalinin azı 30 faizi peyvənd olmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR