Azərbaycanda məşhur aparıcı RADİOYA qayıtdı -

Radio və TV aparıcısı Anar İbrahimli yenidən radio fəaliyətini bərpa edib.

Metbuat.az-a bu barədə açıqlama verən aparıcı bildirib ki, o, beş illik sükutdan sonra yenidən radioya qayıdıb.


"Mənə radiodan təklif gələn kimi düşünmədən razılaşdım. Bundan sonra izləyicilərim məni nəinki ANT kanalından, həmçinin may ayının 24-dən etibarən səsimi Azərbaycanın ən məşhur radiolarından biri olan "Radio Anten" 101 FM-dən eşidə biləcəksiniz".

Uzun fasilədən sonra yenidən dinləyicilərinə qovuşan Anar deyir ki, bu hissləri sözlər ilə ifadə etmək çox çətindir.

“Mən radionu sevirəm, sanki, dünyanın yeddinci qatındayam”.

- Bəs radioda çalışmaq istəyən istedadlı gənclər hansı özəlliklərə sahib olmalıdırlar?


“Mən həmin gənclərə demək istəyirəm ki, əgər onların intellektual səviyyəsi, səlis tanışığı və musiqi biliyi varsa radioda şanslarını sınaya bilərlər”.

Bildirək ki, Anar İbrahimli "Radio Anten"də, səhər saat 08.00-10.00 aralığında RJ Kəmalə Mustafayeva ilə "Səhər dalğası” adlı verilişi aparır. Xatırladaq ki, Anar İbrahimli uzun müddət Lider FM və ANS ÇM-də işləyib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR