Trampa qarşı 22.9 milyon dollarlıq iddia qaldırıldı

Çin-ABŞ Vətəndaş Hüquqları Koalisiyası keçmiş prezident Donald Trampa qarşı 22,9 milyon dollar dəyərində iddia qaldırıb.

Metbuat.az xəbər verir ki, buna səbəb Trampın hakimiyyətdə olarkən koronavirusa “Çin virusu” deməsidir. Bildirilir ki, Trampın bu açıqlamaları asiyalılara qarşı irqçiliyi təhrik edir. İddianın 22,9 milyon dollar olması da təsadüfən seçilməyib.

Bu rəqəm ABŞ-da yaşayan asiyalıların sayı qədərdir. İddiaçılar ABŞ-da yaşayan hər asiyalı üçün 1 dollar təzminat tələb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR