Azərbaycan MƏQAM GÖZLƏYİR:

Xəbər verdiyimiz kimi, Ermənistanda seçki öncəsi siyasi situasiya bir qədər də mürəkkəbləşir. Baş nazir Nikol Paşinyana qarşı son günlərdə Sunikdə və Azərbaycanla dövlət sərhədində baş verən proseslərlə bağlı ciddi narazılıqlar artıb.

Mövzu barədə Metbuat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyir ki, müxalifətin Nikol Paşinyana sərhədlərlə bağlı tutduğu mövqeyindən dolayı edilən tənqidlər, müəyyən qədər ictiamiyyətə təsir edə bilib.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

"Sabiq prezident Leon Ter Petrosyanın seçkiyə qatılması, həmçinin Robert Koçaryanın bu səpkidə çıxışları, Paşinyanın manevr etməsinə gətirib çıxara bilər.

Qeyd edim ki, parlamentdə təmsil olunan və Paşinyanla fikirləri üst-üstə düşən "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan seçkiyə razılaşmamaq ilə bağlı çağırış edib. Buna səbəb sərhəddə və Sunikdə baş verən proseslərdir.

Bildiyiniz kimi, Paşinyanın xalqa “Vəziyyət mürəkkəbdir və seçkiyə razılaşmayaq” açıqlaması böyük rezonansa səbəb oldu. O bunu ona görə dedi ki, üç ay bundan əvvəl, seçkilərin olmasını ən doğru olduğunu elan edərək, müxalifəti küncə sıxıb, üstünlüyü ələ ala bilmişdi".

Siyasi şərhçi qeyd etdi ki, E. Marukyan məhz növbədənkənar seçkilərə getmək üçün Paşinyanın təklifini qəbul edən ilk siyasi liderdir. Məhz hazırda onun "Seçkilər olmasın!" çağırışı elə Paşinyanın siyasi planıdır. M.Əsədullazadə vurğuladı ki, Paşinyan hesab edir ki, bu kimi situasiyada seçkilərin keçirilməsinə razılaşarsa, ölkədə hərbi çevrilişə cəhd ola bilər.

Yerevan.Today | Նիկոլ Փաշինյանը հանդիպում է Էդմոն Մարուքյանի հետ

"Həmçinin seçkidən sonra vəziyyət kəskinləşə bilər. Belə bir fikir ortaya atmaqla E. Marukyan vasitəsilə N. Paşinyan cəmiyyətin reaksiyasını və müxalifətin nəbzini yoxlayır. Çünki, müxalifət də əvvəlki aylarda seçkinin keçirilməsinin mənasız olduğunu bəyan edirdi. Amma, Paşinyan cəmiyyətin fəal dəstəyinə arxayın olub, müxalifəti qorxaqlıqda ittiham edərək seçki qərarı verdi. Hazırda proseslər Nikol Paşinyanın əleyhinə olduğu üçün seçkini ləğv etmək istəyir. Amma, müxalifət bu qərardan daha çox əmindir".

Politoloq bildirdi ki, Azərbaycan da artıq Ermənistanda keçiriləcək seçki prosesini gözləyir. Əgər, seçkilər ləğv edilərsə, Azərbaycan hərəkətə keçərək Paşinyanın dediyi kimi məlum sənədin imzalanmasını tezləşdirməli və Zəngəzur dəhlizinin açılmasını tələb etməlidir.


"Ola bilər ki, Nikol Paşinyana “Seçkini ləğv et!” mesajı ABŞ-dan verilib. Çünki məlumdur ki, Rusiya Ermənistan daxilində müxalifəti toparlayır. Hazırkı məqamda Ermənistanda seçkilərin təxirə salınması Paşinyanın mövqelərinin möhkəmlənməsinə və Azərbaycanla sənədlərin imzalanmasına gətirib çıxara bilər".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR