Müəmmalı hadisə: Bakıda internatda qalan uşaq yoxa çıxıb

Müəmmalı hadisə: Bakıda internatda qalan uşaq yoxa çıxıb
17:54 18 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeniyetmənin atası hüquq-mühafizə orqanlarına müraciət edib

Bakıda yeniyetmə oğlan itkin düşüb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Vəzirov Azər Vəkilhüseyn oğlu bildirib ki, oğlu naməlum şəraitdə yoxa çıxıb. 9-cu Polis Bölməsinə müraciət edən paytaxt sakini qeyd edib ki, oğlu, 2001-ci il təvəllüdlü Həsənov Vəzir Azər oğlu Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbində yaşamaqla təhsil alır. 14 yaşlı oğlan yanvarın 5-də atasının evini internata getmək üçün tərk edib. Lakin o, məktəbə gedib çıxmayıb.

 

Hazırda müraciət əsasında zəruri araşdırmalar həyata keçirilir.

 

  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR