Azərbaycanda qapalı zalda idman yarışlarının keçirilməsinə icazə verilib

İyunun 10-dan etibarən Azərbaycanda qapalı zalda məşqlərə və idman yarışlarının keçirilməsinə olan əngəl aradan qalxacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsini icra edən Qabil Mehdiyev məlumat verilib:

“İdman və sağlamlıq mərkəzlərinin iyunun 10-da açılması ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın bugünkü qərarı qapalı zalda idman yarışları və məşqlərin keçirilməsinə də icazə verir. Sadəcə olaraq, o zallarda məşq edərkən qoyulmuş yeni tələblərə riayət etmək lazımdır. 18 yaşadək idmançılardan heç bir sənəd tələb olunmayacaq.

18 yaşdan yuxarı idmançılar vaksinasiyadan keçməlidirlər ki, onlar məşq edə bilsinlər. İki dəfə vaksinasiyadan keçmiş idmançılar bunu göstərən pasportu təqdim edib, məşq edə bilərlər. Hansısa idmançı koronavirusa yoluxub sağalıbsa, o, “E-Təbib” və e-gov.az mobil tətbiqi vasitəsilə özünə aid sertifikatı çıxartmalı və bunu zala girişdə təqdim etməlidir. Nazirlik özü də bu məsələyə nəzarət edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR