FHN əməkdaşları qəzaya düşüb, yaralananlar var -

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, hadisə bu gün günorta saatlarında paytaxın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, hadisə yerinə gedən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili qəzaya uğrayıb. Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, yaralanan şəxslərdən birinin müalicəsi davam etdirilir, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR