ABŞ Qüdsdəki konsulluğunu yenidən açacaq

“ABŞ-ın Fələstinlə əlaqələrində rol oynayan Qüdsdəki konsulluğumuz yenidən açılacaq”.

Metbuat.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fələstində səfərdə olarkən deyib.

O, Bayden administrasiyasının Konqresdən fələstinlilər üçün 75 milyon dollarlıq yardım tələb edəcəyini dilə gətirib.

Blinken ABŞ-ın Qəzzaya təcili yardım olaraq 5,5 milyon dollar kömək edəcəyini və BMT Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər Agentliyinə 32 milyon dollar verəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR