Tanınmış model peyvənddən sonra vəfat etdi -

Cənubi Kiprdə yaşayan 39 yaşlı model Stephanie Dubois, AstraZeneca peyvəndini vurduqdan bir neçə gün sonra ölüb.

Metbuat.az xəbər verir ki, Dubois 14 mayda tənəffüs problemi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Model sosial şəbəkələrdə olan son açıqlamalarında bildirmişdi ki, özünü yaxşı hiss etsə də, bir saat sonra bütün bədəni titrəməyə başlayıb.


"Bütün oynaqlarım sərt idi və davamlı baş ağrısı və başgicəllənmə ilə nəfəs almaqda çətinlik çəkirdim. Anam və atam mənə baxmağa gəldilər və mən Covid testi verdim. Şükür ki, nəticə mənfi oldu. Amma problemin nə olduğunu hələ də bilmirdik. Düşünürəm ki, bu keçən həftə mənə vurulan peyvəndə görə ola bilər"- deyə mərhum bildirmişdi.

Məşhur model həyatını itirdi

Qeyd edək ki, xəstəxanaya yerləşdirildikdən 5 gün sonra vəziyyəti ağırlaşan Dubois, mayın 19-da komaya düşərək ölüb. İngilis modelinin şübhəli ölümünün Avropa Dərman Agentliyi tərəfindən araşdırılacağı açıqlanıb. Nəhayət, bu günlərdə Avstraliyada AstraZeneca peyvəndi olan 18 yaşlı Ellie Peacock adlı tibb bacısının qanında da laxtalanma meydana gəldiyi ilə bağlı xəbərlər yayılmağa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR