Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri istisnasız olaraq Dağlıq Qarabağ problemi ilə məşğul olurlar. Bu, onların mandatında da yazılıb”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Erməni jurnalistin “Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa Azərbaycan qoşunlarının Ermənistan ərasizisindən dərhal çıxardılmasını tələb edib, bəs həmsədr ölkə olan Rusiyanın bu məsələdə mövqeyi nədən ibarətdir” sualına Rusiya XİN rəsmisi belə cavab verib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri istisnasız olaraq Dağlıq Qarabağ probleminin nizamlanması ilə məşğul olurlar. Bu, onların mandatında da yazılıb. Minsk Qrupu həmsədrlərinin bu ilin 13 aprel tarixli bəyanatlarında həmsədrlərin himayəsi altında ən yüksək səviyyədə siyasi dialoqun bərpa olunması üçün Azərbaycan və Ermənistana çağırış edilib. Həmin bəyanatda əlavə səylərin tələb olunduğu bir sıra məsələlər qeyd olunub. Onlar arasında hərbi əsir və digər saxlanılan şəxslərin, münaqişə rayonuna aid ərazilərin minalardan təmizlənməsi üçün vacib olan məlumatların mübadiləsi, Dağlıq Qarabağa beynəlxalq humanitar təşkilatların nümayəndələrinin buraxılmasının məhdudlaşdırılmasını aradan qaldırmaq, dini və mədəni irsin qorunub saxlanılması, münaqişə tərəflərinin icmaları arasında birbaşa təmasların və əməkdaşlığın təşviqi daxildir. Qeyd etmək vacibdir ki, həmsədrlik formatı geniş beynəlxalq dəstək alıb. Məhz həmsədrliyin çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması getməlidir. Məlum olduğu kimi, Bakı ilə İrəvan arasında Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı fikir ayrılığı qalır. Ötən ilin sentyabr-noyabr aylarının məlum hadisələrindən sonra hər iki tərəf tam dialoqun bərpa olunması yolunun başlanğıcındadır. Rusiya Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması üçün aktiv vasitəçilik səyləri göstərir. Rusiya Dağlıq Qarabağda sülh və təhlükəsizliyin zəmanətçisidir. Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin həmsədrlik etdikləri üçtərəfli işçi qrup regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə məşğul olur. Rusiya tərəfi Azərbaycan-Ermənistan sərhədindəki insidentin həll olunmasına, gərginliyin azalmasına vasitəçilik etməyə yaxından cəlb olunub. Biz Bakı və İrəvanla ən yüksək və ali səviyyədə müntəzəm təmasdayıq, hərbçilər, sərhəd xidməti və əlbəttə ki, xarici siyasət qurumları xətti ilə operativ əlaqə qurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR