Mingəçevirdə sahibsiz itlər güllələnib

Mingəçevirdə sahibsiz itləri güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən mayın 26-da şəhər ərazisində ov tüfəngi ilə sahibsiz itləri vurduğuna görə şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi A.Şükürov müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR