3 gün oynadı və öldü

3 gün oynadı və öldü
17:57 18 Yanvar 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

İnternet ölüm gətirdi
Tayvanlı bir adam 3 gün internet kafedə oyun oynayıb və ölüb.

Anspress-in məlumatına görə, internet kafenin işçisi 32 yaşlı şəxsi masanın üzərinə yıxılmış halda görüb. Onun yatmış olduğunu düşünərək səsini çıxartmayıb. Lakin bir müddət sonra onun nəfəs almadığını görüb və xəstəxanaya aparıb.

Müayinə nəticəsində həkimlər adamın daha əvvəl öldüyünü müəyyən ediblər.

Kafe işçilərindən birinin sözlərinə görə, ölən şəxs kafenin daimi müştərisi olub və həmişə gələndə müharibə oyunları oynayıb.

Qeyd edək ki, belə hadisələr tez-tez baş verir. Belə ki, yanvarın 1-də Tayvanın paytaxtı Taypey şəhərində 38 yaşlı bir kişi 5 gün ardıcıl oyun oynayandan sonra ölü tapılmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR