"Hələ də kirayədə yaşayıram" -

Əməkdar artist Rühəngiz Allahverdiyeva evi olmamasından gileylənib.

Metbuat.az xəbər verir ki, müğənni hazırda kirayədə yaşadığını bildirib. O qeyd edib ki, həyat yoldaşı da onun qədər pul qazanmır:

"Hazırda bina evində qalıram. Özü də kirayədəyəm. Qazanıb uşaqlarımı oxudub, özümü geyindirmişəm. Ürəyim açıqdır, çoxuna çox şey etmişəm. Biri deyib telefonum yoxdur almışam, birinin borcu olub ödəmişəm. Bir ara səsim batdı, toylara getmədim. Həyat yoldaşım mənim qədər qazanmır. Hansı müğənninin həyat yoldaşı ondan çox qazanır? Həyat yoldaşları olsun ki, qazansınlar da".

axşam.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR