"Gəmini tərk etmək istəyənlərin sayı artır" -

"Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefası gözlənilən idi. Nikol Paşinyan müharibədən sonra onu zorən nazir təyin etmişdi. Çünki başqası yox idi, müharibədə ağır məğlubiyyətdən sonra Paşinyan üçün bu postda çalışmaq istəyən diplomat tapmaq çətin idi. Ermənistanın uzaq ölkələrdən birində səfir işləyən Ayvazyan razılaşdı. Ancaq az sonra bəlli oldu ki, o Paşinyanla yol getmir. Misal üçün Nikol Paşinyan müharibədən sonra açıqlamalarında bir qədər diqqətli olmağa çalışarkən Ayvazyan Azərbaycan əleyhinə açıqlamalarda radikal ermənilərdən geri qalmırdı və bununla ümumi vəziyyəti gərginləşdirirdi".

Metbuat.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Ara Ayvazyan böyük ehtimalla istefaya gedəcəyini özü üçün bir müddət əvvəl müəyyənləşdirmişdi: "Görünür o gələcəkdə Paşinyanla birgə xatırlanmaq istəmir. Digər tərəfdən Ayvazyanın Azərbaycandan şikayətlərinin və müxtəlif dövlətlərə yalvarışlarının da nəticəsi olmadı. Ancaq Ayvazyanın bugünkü istefa qərarını verdiyi, yəni yazdığı istefa statusunun zamanı diqqətimi çəkdi. Deməli Ara Ayvazyan axşam saat 8-də Hindistanın Ermənistandakı səfiri ilə görüşdü, yarım saat sonra Avropa İttifaqının İrəvandakı təmsilçisiylə görüşdü, bundan 20 dəqiqə sonra istefa verdiyini bəyan etdi, sanki gün ərzində işlərini yekunlaşdırıb qapını çırptı".

Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

"Ən maraqlısı bundan sonrasıdır. Ermənistanda parlament seçkisinə cəmi 20-22 gün qalıb. Bu zaman kəsiyində Paşinyana xarici işlər naziri postuna kimi təyin edəcəyi və kimin bu posta razılaşacağı maraqlıdır. Çünki gəmini tərk etmək istəyənlərin sayı artır", - deyə E.Şahinoğlu vurğulayıb.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR