"Beşiktaş"dan Azərbaycana təbrik

"Beşiktaş" 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi Tvitter səhifəsində paylaşım edib. Paylaşımda hər iki dövlətin bayrağının olduğu şəkil yer alıb. Foto belə şərh edilib: "Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun".

Xatırladaq ki, "Beşiktaş" Superliqanın son çempionudur.

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu bu münasibətlə ölkəmizi təbrik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR