İtkin düşən 23 yaşlı qız tapıldı

İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb. O, ailəsinə təhvil verilib.

Qeyd edək ki, G.Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq, geri qayıtmamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR