Daha bir şəhidimizin övladı dünyaya gəldi -

Daha bir şəhidimizin övladı dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Rüstəmli İbrahim Mirzağa oğlunun oğul övladı doğulub. Qeyd edilib ki, körpəyə atasının adı verilib.

Məlumat üçün bildirək ki, Rüstəmli İbrahim Mirzağa 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində doğulub. 2020-ci ilin sentyabr ayında könüllü olaraq cəbhəyə yollanıb.

Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralı əsgər yoldaşına kömək edərkən qəhrəmancasına şəhid olub.

O, doğulduğu kənddə torpağa tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR