Qadağa qoyulan çimərliklər bunlardır -

“May ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir”.

Metbuat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov deyib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, yaxın iki həftə ərzində ilkin nəticələrin açıqlanması planlaşdılır.

Şöbə müdiri xatırladıb ki, hazırda çirklənməyə məruz qaldığından Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsinsə müvəqqəti qadağa qoyulub. (report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR