Açıq havada 100 nəfərlik toylara icazə verilə bilər -

"Kütləvi tədbirlərin yavaş-yavaş işə düşməsinə, xüsusilə adət-ənənədən irəli gələn toy və yas məclislərinə müəyyən formatda və karantin qaydalarını gözləməklə icazə verilə bilər".

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki, bütün yumşaldılmalara baxmayaraq qapalı mühitdə karantin qaydalarının gözlənilməsi şərt olaraq qalır:

"75-100 nəfər civarında şəxslə karantin davranış qaydalarının gözlənilməsi ilə toylara icazə verilməsi yaxşı olardı. Çünki bu, bizim üçün genefondla bağlı ciddi məsələdir. Bunun gələcəkdə fəsadlarını yaşamamaq üçün situasiyadan istifadə etməliyik. Lakin hər an sürpriz olma ehtimalını yaddan çıxarmamalıyıq. Çünki artıq Hindistandan ciddi xəbərlər gəlir, pandemiya sona çatmayıb və ÜST bununla bağlı rəsmi elan verməyib.Buna görə də, hər zaman sürprizlərə hazır olmalıyıq".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR