“Azeri Light” BAHALAŞDI -

Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirdi ki, OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib.

"Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir. Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq. Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir.

Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirə layiqdir".

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin bahalaşması səbəbindən Azərbaycanda premium və super markalı benzin olan AI-95 və AI-98 markalı benzinin qiyməti qaldırılaraq 1.25-manatdan, 1.40 manata yüksəldilib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR