General Hikmət Mirzəyevin arxiv görüntüsü -

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan general-leytenant Hikmət Mirzəyevin gənclik illərinin fotoları yayılıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan fotolar maraqlı müzakirələrə səbəb olub.

Fotoların 1993-cü ildə Birinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Taborun heyəti arasında çəkildiyi iddia edilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR