Evdə yanğın zamanı ana və iki övladı

Sabirabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Metbuat.az hadisə Zəngənə kəndində qeydə alınıb. Belə ki, kəndddə fərdi yaşayış evi alovlanmağa başlayıb. Hadisə zamanı evdə olan 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı və onun övladları, 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu, 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Emin oğlu yanaraq ölüb.

Yanğın FHN-in Sabirabad Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Məlumata görə, hadisə baş verən zaman çiy kərpicdən tikilmiş fərdi yaşayış evi uçub, nəticədə ana və övladları altında qalıb. Yanğın zamanı hər üç şəxs yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR