Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə

Çin Xalq Respublikası 2013-cü ildə “Bir Kəmər Bir Yol” layihəsini irəli sürərkən, Azərbaycan həmin layihəni ilk dəstəkləyən ölkələrdən biri olub. Ölkəmizin dəstəyi təkcə siyasi bəyanatlarda deyil, real təşəbbüslərdə ifadə olunub. Azərbaycan reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə “Bir Kəmər Bir Yol” layihəsinin həyata keçirilməsinə töhfə verib. Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının icra edilməsi bu baxımdan önəmli olub. Hazırda Azərbaycan Zəngəzur dəhlizi layihəsini irəli sürür ki,bunu daAvrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırmasına dəstək kimi təqdim edir.

Göründüyü kimi, Azərbaycan bir təqdimatla iki çox mühüm problemi həll etmiş olur. Bir tərəfdən qlobal nəqliyyat marşrutu layihələrini tamamlayır, digər tərəfdən isə, Ermənistanla arada olan Zəngəzur dəhlizi problemini həll etmək üçün qlobal gücləri cəlb etmiş olur.

İlk baxışdan skeptik görünsə də, artıq Azərbaycanın bu ideyası görçəkliyə çevrilir.İyunun 2-də Çin Xalq Respublikasının Sədri Si Cinp Prezident İlham Əliyevə zəng vurub. Önəmli olan həm də budur ki, iki rəhbərin telefon danışığı təşəbbüsü Çin liderindən gəlib. Söhbət zamanı bir sıra məsələlərə toxunulub, o cümlədən, iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığının dərinləşdirməsinin vacibliyi vurğulanıb. Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasının vacibliyi qeyd edilib.

Bu diplomatik danışığın sadə dildə açıqlaması budur ki, Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut üzərində iş gedir. Bu, bütün region ölkələrinin maraqlarına və onların iqtisadi əlaqələrinin inkişafına uyğunlaşdırılıb. Ermənistan bir növ “ağıllı siyasət yürütməyə, yeni yaradılan şansdan yararlanmağa” məhkum edilir.

Çin Xalq Respublikasının bu jesti təsadüfi deyil, uzun müddət aparılmış siyasətin nəticəsində ortaya çıxıb. Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 8-11-də ÇXR-ə səfəri,2019-cu il aprelin 24-27-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etməsi bugünkü yardımlaşmanın özülünü yaradıb.

Məsələ ondadır ki, Azərbaycanın təşəbbüsləri təkcə Çində deyil, Qərbdə də dəstək qazanıb. İyunun 2-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Azərbaycan prezidenti ilə telefon danışığı aparıb. İndiki halda 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çin və Avropa İttifaqı arasında Azərbaycanın nəqliyyat-loqistika mərkəzinə çevrilməsi ölkəmiz üçün həyati əhəmiyyət daşıyır.

Yeri gəlmişkən qeyd edək ki, Çin iqtisadi-siyasigüc baxımından dünyanın super-güc mərkəzləri olan Avropa Birliyini çoxdan geridə qoyub, ABŞ-la isə yanaşı addımlayır. Şübhə yoxdur ki, indiki gedişatla ABŞ-ı da ötüb keçəcək.Belə bir güc mərkəzinin Azərbaycanı dəstəkləmsi önəmli hadisədir.

Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təması önəmli hadisədir. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir ki, dünyanın ən müxtəlifiqtisadi, siyasi, hərbi mərkəzləri ölkəmizlə bərabərtərəfli əməkdaşlıq qururlar, Azərbaycana hörmətlə yanaşırlar, öz layihələrini Azərbaycanın üzərindən reallaşdırırlar. Bu layihələrdə Azərbaycanın maraqları hər kəsdən çox təmin edilir.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR