Kəlbəcərdə həlak olan jurnalistlərin

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

7aydır işğaldan azad edilən torpaqlarımızda kəndbəkənd gəzərək ərazilərin görüntüsünü çəkib bölgədən xəbərlər hazırlayan jurnalistlərimizin son müsahibəsi AZTV-nin xüsusi reportajında olmuşdu.

Özü də məcburi köçkün olan operator Sirac Abışov müsahibəsində bildirmişdi ki, dağılan hər evi çəkən zaman öz yaşadığı yurdu-yuvası düşür.

Metbuat.az olaraq hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!

Mərhum jurnalistlərimizin son görüntülərini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR