İnterpolun axtardığı terrorçu Türkiyədə

İraqda 1700 insanın ölümü ilə nəticələnən və İnterpol tərəfindən axtarılan 'Spyker' qırğınını həyata keçirənlərdən biri DEASH terrorçusu Arkan Taha Əhməd, Boludakı şəfəq əməliyyatında yaxalanıb.

Metbuat.az DHA-ya istinadla xəbər verir ki, Bolu Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə qrupları Əhmədin qaldığı Tabaklar Mahallesi, Şenel Sokakdakı evə səhər vaxtı əməliyyat həyata keçirib. Evində tutulan Əhməd nəzarətə alınıb.

Qırmızı bildirişlə axtarılan və İraqda DAESH terror təşkilatı tərəfindən 1700 nəfərin öldürüldüyü 'Spyker' qırğınına qatılmaqda günahlandırılaraq həbs olunan Arkan Taha Əhməd barəsində cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR