"Beynəlxalq təşkilatlar Azərbaycanın hüquqları tapdalananda susurlar" -

""Erməni əsirləri azad edin!" tələbi ilə qətnamə qəbul edən, hüquqi prinsipləri şəxsi maraqlarla çərçivələndirən və münaqişənin 30 illik tarixi boyunca yalnız ikili standartlar sərgiləyən beynəlxalq təşkilatlar yenə də Azərbaycan vətəndaşının və dövlətinin haqqları tapdalanınca susur və susacaq".


Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Züriyyə Qarayeva edib. Siyasi şərhçi bildirdi ki, terrorçuları hərbi əsir kimi qələmə vermək cəhdlərini və Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana təqdim etməsini çağırış mövzusuna çevirməməsini nəzərə alsaq bu qurumlardan eyni "duyarlılığı" şəhid olan jurnalistlərimiz üçün gözləmək sadəlövhlük olar.

"Bu qurumlara sadəcə öz mənafelərinə uyğun gəldiyi təqdirdə müraciət etdikləri beynəlxalq hüququn nəzəri və praktiki tələblərini mütləq xatırlatmaq lazımdır. Əks təqdirdə bu qurumlar onların qərəzli prinsiplərini görməzdən gələrək Azərbaycan tərəfinin bu cinayət əməllərinə cavab verməsinə susmağa borcludurlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR