x
Loading...
.

Göyçayda "Xəritədə Vətənimiz" tədbiri keçirildi - FOTO

.

Göyçay gəncləri Azərbaycanda bir ilkə imza atıblar.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay üzrə nümayəndəliyinin və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin Göyçay Mədəniyyət Mərkəzinin və Göyçay Rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliyinin dəstəyi ilə keçirilən “Xəritədə vətənimiz” adlı yeni layihənin açılış mərasimi baş tutub.

Tədbirdə Göyçay Mədəniyyət Mərkəzinin rəhbəri Sahib Şükürov, Göyçay RİHB-nın şəhər üzrə nümayəndəliyinin rəhbəri Rəşad Şükürov və GİKM-in Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov çıxış edərək, layihənin rayon üçün faydalılığından və turizmin inkişafına verəcəyi dəstəkdən danışıblar.

Layihə çərçivəsində gənclər rayonda yerləşən tarixi abidələri, qədim tikililəri, təbiət abidələrini və digər mədəni-strateji obyektləri “Google maps” sisteminə salacaq və məlumatlarını vikipedia virtual ensiklopediyasına yerləşdirəcəklər.

Layihənin icrası zamanı rayonda yaşayan tarixçilər ekspert qismində iştirak edəcəklər. Tarixi məlumatlar müzakirə edildikdən sonra ensiklopediyaya salınacaq.

3 ay davam edəcək layihənin sonunda bağlanış mərasimi keçiriləcək və nəticələr Göyçay ictimaiyyətinə çatdırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR