12 ildən sonra doğulan nəvəsinin məclisi günü qəzada öldü -

Biləsuvarda ağır yol qəzası baş verib.

Metbuat.az “Qafqazinfo“ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində olub.

Sözügedən kəndin sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənov idarə etdiyi “Vaz 07“ markalı “12 BX 137“ dövlət qeydiyyatı nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Maşının yolun kənarında olan ağaca çırpılması nəticəsində sürücünün sərnişini, həyat yoldaşı olan 1952-ci təvəllüdlü Şahbazova Elzangül Lətiv qızı hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşən baba-nənə 12 ildən sonra anadan olan nəvələrinə görə bu gün təşkil etmək istədikləri məclis üçün bazarlıqdan qayıdırmışlar.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR