Bu gün nə qədər adam peyvənd olunub?

İyunun 5-də Azərbaycanda koronavirus infeksiyası əleyhinə 47 366 doza vaksin vurulub.

Metbuat.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 631, ikinci mərhələ üzrə isə 5735 nəfər olub.

İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 513 081-dir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 581 890, ikinci mərhələ üzrə 931 195 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR