Bu tarixdən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.

Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək - çərşənbə axşamı və bazar günləri.

Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR