Kəlbəcərdə baş verən faciənin TƏFƏRRÜATLARI -

2 gün əvvəl Kəlbəcərdə hərbi nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində 2-si media işçisi, 3 nəfər həlak oldu, 4 nəfər isə yaralanıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoqrafı Rəşad Mehdiyev bir neçə gündən əvvəl baş vermiş dəhşətli hadisənin canlı şahidləridir. Azərbaycan televiziyasının rejissoru Emin Məmmədov və ''Azərtac''-ın fotoqrafı Rəşad Mehdiyev Kəlbəcərdə hərbi avtomobilin minaya düşməsi nəticəsində 3 nəfərin ölümü ilə nəticələnən faciənin təfərrüatlarını bölüşüblər.

Emin Məmmədovun sözlərinə görə, həmin yol istifadədə olduğundan orada minanın olacağını heç kim gözləmirmiş. Emin Məmmədov qeyd edib ki, partlayışdan sonra avtomobildən düşüb dərhal digər şəxslərin sağ qalıb-qalmamasını yoxlayıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoqrafı Rəşad Mehdiyev bildirib ki, çəkiliş qrupu iki maşınla hərəkət edirmiş. Relyef mürəkkəb olduğundan onların olduqları avotmobil həmin hissəyə qalxa bilməyib. Emin Məmmədov və Rəşad Mehdiyev şəhid olan media içilərinin qəbrini bugün ziyarət ediblər.

Xatırladaq ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərbi nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR