Dünayda koronavirusla bağlı son statistika

Dünyada "Covid-19"infeksiyasına yoluxanların sayı 174 milyon 52 min 586 nəfərə çatıb.

Metbuat.az Worldometers.info saytına istinadən xəbər verir ki, virusun qurbanlarının sayı 3 milyon 744 min 29 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 157 milyon 64 min 600 nəfər virusdan sağalıb.

Dünyada koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 210 782 nəfər virusa yoluxub, 612 366 pasient dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 909 975 nəfərdə virus aşkar edilib. Xəstələrdən 349 229 nəfər həyatını itirib. Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 947 062 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 473 495 nəfəri vəfat edib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR