Bakıda yaşayış binasına atəş açıldı

Bakıda silahlı insident baş verib.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. İyunun 6-sı səhər saat 05 radələrində naməlum şəxs Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasına tapançadan bir neçə dəfə atəş açıb. Onun binada yaşayan şəxslərdən biri ilə münaqişəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR