Bakıda karantin qaydaları belə pozuldu:

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli keçən gün yüzlərlə insanın qatıldığı restoranda konsert verib.

Metbuat.az xəbər verir ki, konsertin təşkil olunduğu "İstanbul Meyhane Bilgəh” restoranında karantin qaydalarına riayət edilməyib. Belə ki, konsertdə iştirak edənlər maska və sosial məsafəyə diqqət etməyiblər. Müğənni Azərbaycan ərazisində ümumi karantin rejiminin ləğv edilmiş kimi başa düşərək görüntüləri instaqram hesabında paylaşıb, tezliklə Türkiyədə də konsertlərin keçirilməsini arzuladığını bildirib:

"Səhnə üçün çox darıxmışam. Bu görüntülərə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”- deyə o, qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR