x
Loading...
.

​İnsan əsəbi olanda niyə qışqırır?

.

Yan-yana iki insan bir-birinə niyə qışqırır? Hirslənəndə niyə yüksək səslə danışarıq? Rahatlığımızı itirdiyimiz üçün bağıraraq danışarıq, yoxsa tamamilə başqa bir səbəbdən dolayı.

Metbuat.az xəbər verir ki, bu barədə nevropotoloq Qalib Asadov məlumat verib.

Hindli bir müəllim tələbələri ilə gəzişərkən Qanq çayı kənarında bir-birinə qəzəb içində qışqıran bir ailə görmüş. Tələbələrinə dönüb "insanlar niyə bir-birinə kin ilə bağırırlar"? Deyə soruşmuş. Tələbələrdən biri "çünki rahatlığımızı itiririk"

Müəllim daha yavaş bir səs tonu ilə də sözlərimizi çatdıra bilərik niyə bağırırıq? "Deyə təkrar soruşmuş.

Tələbələrdən səs çıxmayınca izah etməyə başlamış: "İki insan bir-birinə hirsləndiyi zaman, ürəkləri bir-birindən uzaqlaşır. Bu uzaq məsafədən bir-birilərinin qəlblərinə səslərini eşitdirmək üçün qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox hirslənirsə, arada açılan məsafəni bağlamaq üçün o qədər çox bağırmaları lazımdır".

Bəs, iki insan bir-birini sevəndə nə olur? Bir-birilərinə qışqırmaq əvəzinə sakit danışırlar, çünki ürəkləri bir-birinə yaxındır, arada mesafə qısalır.

Bəs, iki insan bir-birini daha da çox sevsə nə olar? Artıq danışmırlar, sadəcə pıçıldayırlar çünki ürəkləri bir-birinə daha da yaxınlaşmışdır. Artıq bir müddət sonra danışmalarına da ehtiyac qalmaz, yalnız bir-birlərinə baxmaları kifayət edir. Məhz bir-birini həqiqi mənada sevən iki insanın yaxınlığı belə bir şeydir".

Daha sonra müəllim tələbələrinə baxaraq belə davam edib: "Bu səbəblə mübahisə etdiyiniz zaman qəlblərinizin arasında məsafə olmasına icazə verməyin.

Aranıza məsafə qoyacaq sözlərdən uzaq durun. Əks təqdirdə məsafənin artması elə bir gün gəlir ki, geriyə dönüb bir-birinizə yaxınlaşacaq yolu tapmayacaqsınız"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR