Kanadada yaşayan müsəlman ailəyə hücum edilib:

Kanadanın Ontario əyalətinəki London kəndində bir təcavüzkar maşını küçədə yeriyən müsəlman ailənin üzərinə sürüb.

Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 1- i uşaq olmaqla 4 nəfər ölüb, daha bir uşaq isə ağır yaralanıb. London Polis İdarəsinin rəisi Steve Villiams mətbuat konfransında hücumun əvvəlcədən planlaşdırıldığını vurğulayıb.

Ölkənin aparıcı müsəlman qeyri-hökumət təşkilatları müsəlman ailəsinə edilən dəhşətli hücumdan dəhşətə gəldiklərini qeyd edbilər.

Kanada Baş naziri Justin Trudeau isə bunu terror aktı kimi qiymətləndirib:

"Londondakı müsəlman cəmiyyəti və ölkədəki müsəlmanlar bilin ki, sizinləyik. İslamofobiyanın cəmiyyətimizdə yeri yoxdur. Bu nifrət məkrlidir, alçaqdır və dayandırılmalıdır" - deyə o, qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR