Bakıda əməliyyat: çay evi "priton" çıxdı, 2 nəfər yaxalandı

Bakıda əməliyyat: çay evi "priton" çıxdı, 2 nəfər yaxalandı
18:26 18 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda çay evlərinin birində priton aşkarlanıb.

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Əkizlər” çay evinin əxlaqsızlıq yuvasına çevrildiyi müəyyən edilib.

ANS PRESS-in musavat.com-a istinadən verdiyi məlumata görə, “Qara Qarayev” metrosstansiyası ətrafında fəaliyyət göstərən “Əkizlər” çay evində bir qadın və bir kişi saxlanılıb. Çay evi sahibinin tanıdığı şəxslərə obyektində şərait yaratdığı məlum olub.

Qeyd edək ki, son illər şəhərdə çay evi adı altında priton kimi fəaliyyət göstərən məntəqələrin sayında artım müşahidə olunur. Bakı polisinin keçirdiyi əməliyyatlarda bir neçə belə obyekt aşkar olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR