Vaksinasiyadan keçənlərin bu günə olan statistikası

İyunun 7-də Azərbaycanda koronavirus infeksiyası əleyhinə 39 640 doza vaksin vurulub.

Metbuat.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 555, ikinci mərhələ üzrə isə 5085 nəfər olub.

İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 586 410-dur. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 646 054, ikinci mərhələ üzrə 940 356 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR