“Müharibədə Allah bizdən üz çevirdiyinə görə uduzduq” -

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan müharibədə məğlub olmaları ilə bağlı qeyri-adi açıqlaması ilə gündəm olub.

Metbuat.az xəbər ki, Paşinyan bu məğlubiyyəti “Allah onlardan üz çevirdiyi üçün” yaşadıqlarını deyib:

“Bizim üçün ən böyük, ən ağır sual – 2020-ci ildə niyə belə bir uğursuzluq başımıza gəldi? Bunun müxtəlif səbəbləri ola bilər – hərbi, siyasi, geosiyasi, iqtisadi... Bu gün məndə belə bir fikir yaranıb – sizə qeyri-adi görünsə də, bölüşəcəm. Düşünürəm ki, 12-ci Zəburda deyildiyi kimi: Allah bizdən üz çevirdi”.

Paşinyan daha sonra Araqatsavan vilayətində sakinlərlə görüş zamanı cənnətdə yaşadıqlarını bildirib. O deyib ki, bu ideya onda ölkənin müxtəlif bölgələrini ziyarət etdikcə yaranıb: “Ancaq bu günə qədər insanlar bu cənnətdən zövq ala bilməyiblər. Biz Ədən bağında yaşayırıq, əksər hissəsi istifadə olunmayıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR