Rusiyaya qarşı “QƏRB SİLAHI”:

"Nikol Paşinyanın başda Emmanuel Makron olmaqla görüşdüyü Fransa rəsmiləri ilə müzakirələr zamanı ATƏT-in və BMT-nin yenidən, amma bu dəfə Ermənistan-Azərbaycan arasındakı sərhəd insidentinə cəlb edilməsi fikirlərini səsləndirməklə onları münaqişəyə cəlb edilmək fikirləri onu göstərir ki, Nikol Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Ermənistanda dominant mövqedə olmasını istəmir və fürsət düşən kimi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışacaq".

Bu açıqlamanı Metbuat.az-a politoloq Samir Hümbətov edib. Onun fikirlərinə əsasən, Nikol Paşinyanın Fransadan sonra növbəti səfərinin Belçikaya olması, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Belçika Krallığının Baş naziri Aleksandr De Krolya keçirdiyi görüşlər zamanı aparılmış müzakirələr də onun göstərir ki, Nikol üçün əsas istiqamət qərbə doğrudur.


"Nikol seçki öncəsi həm fərdi şəkildə, həm də təşkilatlar çərçivəsində qərb dövlətlərin dəstəyini almaq niyyətində olduğunu göstərməyə çalışır. Nikol Paşinyanla Brüsseldə görüşən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə zəng etməsi və bu telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, Cənub Qaz dəhlizi layihəsinin uğurla icrasından əlavə həm də Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər, 10 noyabr 2020-ci ildə üçtərəfli formatda imzalanmış bəyanatın icrası, minaların xəritələrinin verilməsi, saxlanılan şəxslərin qaytarılması və sair məsələlərin müzakirə onu göstərdi ki, Avropa İttifaqı üçün Ermənistan prioritet hesab edilmir. Nikol Paşinyanın Avropa qapılarını gəzib özünə dəstək axtarmasına baxmayaraq avropalılar onun niyyətini yaxşı başa düşürlər. Məhz buna görə də, Avropa İttifaqı Ermənistanın bu qədər təkidlərinə baxmayaraq Azərbaycanla münasibətlərin korlanmasını istəmir, əksinə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu göstərməyə çalışır".

Politoloq hesab edir ki, Nikol Paşinyanın atdığı bu addımlar və verdiyi bəyanatlar Rusiya tərəfindən diqqətlə izlənilir və parlament seçkilərində Paşinyana qarşı ciddi problemlər yaratmağa kifayət qədər əsas verir.

"Nikol Paşinyanın Fransa səfəri zamanı orada fəaliyyət göstərən erməni lobbi təşkilatlarının, xüsusilə də “Daşnaksütun” nun nümayəndələrinin Paşinyana qarşı etiraz nümayişləri keçirməsi və onunla görüşlərdən imtina etməsi onu göstərir ki, II Qarabağ savaşında Ermənistanın biabırçı şəkildə məğlub olmasını Nikolun belinə yazmağa çalışırlar.

Budan sonrakı mərhələdə Nikol Paşinyanın hakimiyyətdə qalacağ təqdirdə Ermənistan-Rusiya və Ermənistan Qərb münasibətlərinin nədən ibarət olacağı indidən açıq şəkildə görünməkdədir. Hesab edirəm ki, bizim üçün ən məqbul variant Ermənistanın hər iki tərəfdən etimadını itirdməsi və ortada qalmasıdır. Nikol Paşinyan isə istəklərimizi gerçəkləşdirməyə doğru iri addımlarla gedir".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR